Gəncənin Məhsəti qəsəbəsində yerləşən, “N” saylı hərbi hissənin yataqxanasında partlayış baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər Yanğından Mühafizə idarəsindən verilən məlumata görə, hadisə bu gün saat 14.00 radələrində Ağdamdan olan məcburi köçkün Habil Baxşəliyevin məskunlaşdığı mənzildə baş verib.
Qaz sobasının partlaması nəticəsində 26 yaşlı Könül Həsənova, 70 yaşlı Leyla Həsənova, Habil Baxşəliyev və 2 yaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Yanğının başvermə səbəbləri araşdırılır.