Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qalmaqallı uşaq evində ən SON VƏZİYYƏT
Paytaxtda fəaliyyət göstərən 3 saylı uşaq evində qotur xəstəliyi yayılıb.
Bu müəssisənin adı dəfələrlə qalmaqallarda hallanıb.
Sonuncu dəfə buradan 15 yaşlı qızın qaçması xəbəri yayılıb, daha əvvəl isə bir azyaşlının döyüldüyü iddia olunub.
Bəs kimsəsiz uşaqların fiziki və mənəvi təzyiqlərə məruz qaldıqları, sağlamlıqları təhlükədə olan bu uşaq müəssisəsi ilə bağlı hər hansı tədbir görülübmü?
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinin sözçüsü Murad Həşimov bildirib ki, qoturluqla bağlı ilkin şübhə meydana çıxandan aidiyyəti tibb müəssisəsinə müraciət edilib:
"Həmin 5 uşaq stasionar müalicəyə cəlb edilib, müalicə prosesinin ardından onlar laborator testin nəticəsinə əsasən müəssisəyə qaytarılıblar. Hazırda vəziyyətləri yaxşıdır. Qoturluq diaqnozu qoyulan andan etibarən Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən müəssisədə dezinfeksiya tədbirləri həyata keçirilib. Sözügedən yoluxmanın evlərinə göndərilən uşaqlar vasitəsilə müəssisə sakinlərinə kənardan keçdiyini düşünürük".
Qurumdan bildirilib ki, monitorinqlər nəticəsində 2, 3, 4 və 6 saylı Uşaq evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evinin fəaliyyətində nöqsanlar aşkar edilib.
Belə ki, bəzi əməkdaşlar öz fəaliyyətlərində uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarına yol verib, nizam-intizam qaydalarına riayət etməyiblər. Bundan başqa, sosial-psixoloji işin düzgün qurulmasına nəzarət edilməyib, sanitar-gigiyena qaydalarına riayət olunmayıb, sənədləşmə işi düzgün aparılmayıb.
Ümumilikdə 41 əməkdaş barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib. Onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub. 7 əməkdaşın isə əmək müqaviləsinə xitam verilib.
Ətraflı Baku TV-nin süjetində:
Rəylər