Millət vəkili Qənirə Paşayevanın yeni çapdan çıxmış “Məndən sonra…”(Özümə yolçuluq) adlı yeni kitabının təqdimatı olacaq. ANS PRESS-in verdiyi xəbərə görə, millət vəkili kitabın satışından gələn gəliri ailə başçısını itirmiş və çox ağır vəziyyətdə yaşayan çoxuşaqlı bir ailəyə bağışlayıb.
İyunun 20-də “Park Bulvar”da keçiriləcək imzalanma mərasimində bütün kitabsevərləri gözlədiyini deyən millət vəkili kitabın oxucuların xoşuna gələ biləcəyinə ümid etdiyi deyib. Kitabın onun üçün çox əziz bir tarix 26 İyun üçün bir hədiyyə olduğunu deyən millət vəkili “Məndən sonra…”(Özümə yolçuluq) kitabının annotasiyasında belə deyilir:
"Anlamaq istəyən hər kəsə bu kitabın səhifələri acıqdı. Bu kitab bir millət vəkilinin, siyasi elmlər üzrə fəlsəfə doktorunun deyil, “O”nunla olan və özünə yolçuluğa çıxan bir insanın, bir yolçunun kitabıdır”.
Kitabda millət vəkili Q.Paşayevanın müxtəlif vaxtlarda yazdığı məqalələr, hekayələr, esselər, bəzi şeirləri və paylaşdığı fikirləri öz əksini tapıb. Kitabın arxa qabığına millət vəkili Q.Paşayevanın bu fikirləri öz əksini tapır:
“38 yaşıma çatdım...Yaşlanmaqdan qorxmadım heç zaman. Məni bu 38 ildə ən çox üzən ən azı 38 dəfə insanlığın ölümünün şahidi olmam oldu... Xocalıda, Serebrenitsada, Ruandada, Somalidə, Əfqanıstanda, Çeçenistanda, Qəzzada, Myanmarda, İraqda, Suriyada.... Uzun bir siyahıdı. Günahsız insanlar, günahsız axan qanlar... Torpaq qandan, gözyaşından doydu, göylər ah-nalədən. Bir tək insan doymadı, yorulmadı insanlığı öldürməkdən, qətl etməkdən...”
Sevgi, anlayış və səmimiyyətlə yola çıxan Q. Paşayeva həm də bu yola insanlıq naminə çıxdığını bildirir:
“38 yaşıma gəldim. Bəlkə də bu dünyada sadəcə sayılı günlərim qalıb və özümə yolçuluğa çıxmağa çox gecikmişəm... Bilmirəm... Bunu sadəcə böyük Yaradan bilir. Amma ən azı bəzi suallarıma cavab tapa bilmək, özümü xilas edə bilmək və insanlıq adına özümə yolçuluğa çıxdım. Bu yolda insana var-dövlət, şah-şöhrətin yoldaşlıq etməsi mümkün deyil. İzn verilmir... Bu yolda sadəcə 3 yoldaşla yolçuluq mümkündür. Sevgi, anlayış və səmimiyyət...”
www.anspress.com
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin