Rusiyada polis və qohumları 19 yaşlı Gülnaz Qurbanovanı axtarırlar.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və qohumları 19 yaşlı Gülnaz Qurbanovanın axtarışlarını davam etdirirlər.
Bəzi məlumatlara görə, qız sevdiyi oğlanla Çitadan Azərbaycana gəlib.
Bu barədə informasiya Rusiyanın məşhur “VKontakte” sosial şəbəkəsində, “Şest rukopojatiy” qrupunda yerləşdirilib.
Məlumatda qeyd olunur ki, “o, anasına məktəbə getdiyini desə də, sonradan təhsil müəssisəsinə gəlməyib. İyulun 9-da o, Moskvada, “Domodedovo” hava limanının videomüşahidə kameralarına düşüb”.
Qızın sinif yoldaşlarının yazdıqlarına görə, Gülnaz öz planları barədə onları məlumatlandırıb – qız, məktəbdən sonra sevdiyi Anar adlı şəxslə Azərbaycana, paytaxt Bakıya getmək istəyirmiş.