Bakının Səbail rayonu ərazisində minik maşını üç piyadanı vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şosesində baş verib.
Yüksək sürətlə hərəkətdə olan 10 AS 509 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 2-si isə Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.