Fransada dəhşətli hadisə baş verib. Bu barədə əksəriyyətimiz bilirik, çünki yalnız bu barədə danışırıq. Biz mətbuatı diqqətlə izləyirik və heç bir detalı nəzərdən qaçırmadan son xəbərlərdən agah olmaq istəyirik.
Daha yaxşısı isə YouTube-da terrorçuların zərərsizləşdirmələrini izləməkdir.
Bir hissəmiz terrorçuları şiddətlə qınayırıq və bu, doğrudur, çünki terror istənilən formada yolverilməzdir. Bu gün haradasa uzaqlarda atəş açırlar, xaricdə bizə tamamən yad olan insanların canını alırlar, sabah isə bu, bizimlə, əzizlərimiz və yaxınlarımızla baş verə bilər.
Bu hadisənin hansı səbəbdən baş verdiyi vacib deyil: kim isə dini əsaslara görə, kim isə karikaturaları əyri-üyrü çəkdiyinə görə. Bunlar detallardır. Bizi bu dəhşətli aktın eyni dindən, eyni irqdən və ya hətta həmvətənimizin törətdiyi maraqlandırmamalıdır. Terrorçu məhv edilməlidir, məfhumun özü isə ləğv edilməlidir. Bu, şübhə doğurmur. Və özümüzü belə hadisədən qorumaq üçün yalnız terroru qınamalıyıq.
İndi isə gəlin emosiyaları bir kənara qoyaq və baş verənlərə “bir cüt radikal baxışlı müsəlmanın “Allahu Əkbər” qışqıraraq dinc jurnalistləri və karikaturaçıları güllələyib” yanaşmasından bir qədər geniş baxış açısından nəzər salaq.
Belə yanaşma elə kökündən yanlışdır, belə ki, fərqli din və inamları bir-birinə qarşı qoyur.
Nəyə görə bu məsələyə “terrora, ikili standartlarla yanaşan və yanaşmaqda davam edən ölkədə baş verib” prinsipi ilə yanaşmırsız? Bu baxış sizə qəribə gəlir? Nahaq yerə. Formatı bir qədər dəyişsək necə?
“Fransa öz vətəndaşlarını terror məsələsində dəqiq mövqeyi olmadığı üçün itirir”.
Məzmunca eyni şeydir və söhbət ermənilər haqqında söhbət düşərkən terror məsələsində prinsipial olmayan Avropa ölkəsindən gedir. Fınxırmağa və mənə “Allah səxavəti və qayğanaqdan” danışmağa tələsməyin.
Mən anlayışları səhv salmıram və faktlarla oynamağa da çalışmıram. Faktlar isə belədir, 1983-cü ildə Fransa dörd vətəndaşını erməni terrorçusu Varujan Karapetyanın törətdiyi terror aktı zamanı itirdi. O, Türkiyə hava yollarının təyyarəsini partlatmağa çalışırdı və yalnız xoşbəxtlik nəticəsində yüzlərlə insan diri-diri yanmadı. Bomba vaxtından öncə partladı, terror aktı səkkiz insanın həyatına mail oldu.
Maraqlıdır, nəyə görə onda Fransa yasa qərq olmadı? Həlak olanların sayı az idi? Və ya onlar karikaturaçı deyildilər və kütləvi informasiya vasitələrinə heç bir aidiyyatları yox idi? Və yaxud da erməni terrorçusunun əli ilə ölmək, ərəb terrorçusunun əlindən ölməkdən daha yüngüldür?
Bəlkə fransızların ölümü türklərin, amerikalıların və isveçlərin ölümü ilə qarışdırılmışdı, buna görə də Fransa terror aktını öz ölkəsinə və onun demokratik dəyərlərinə çağırış kimi qəbul etməyib.
Mən başa düşürəm ki, “Charlie Hebdо” satirik jurnalının əməkdaşlarına qarşı terror aktı günün günorta çağı açıq-aşkar şəkildə törədildiyi üçün dəhşətlidir. Varujan Karapetyan öz terror aktını gizli şəkildə həyata keçirirdi və insanlar yalnız partlayan təyyarəni və bir neçə meyiti görəcəkdilər. Dünənki hadisə isə “gizli-xain” erməni terrorundan fərqlənir. Fransızlar onu öz azadlıqlarına çağırış kimi qəbul edirlər.
Onlar bunu söz azadlığından çox, öz fiziki təhlükəsizliklərinə qarşı çağırış hesab edirlər, belə ki, yanvar ayının 7-də hər bir avropalı anladı ki, radikal islamçı istənilən Avropa ölkəsinin paytaxtında rahatca gəzə bilər, insanları da elə bu cür rahatlıqla güllələyə bilər.
Bilirsiz, Karapetyanın işində ən xoşagəlməyən nədir? 2001-ci ildə Fransa onu Ermənistanın xahişi ilə azadlığa buraxdı. Terrorr aktı lazımınca dəyərləndirilmədi və terrorçu artıq təhlükəli olmadı? Bax, Parisdə baş verənlərin səbəbini burada axtarmaq lazımdır. Yeri gəlmişkən, qondarma 1915-ci il erməni soyqırımını az qala tanıyan Fransa hakimiyyətinin ikili standartları... Məhz elə Fransada bu məsələ prezident Sarkozinin səviyyəsinə qədər qaldırılmışdı...
“Charlie Hebdо” satirik jurnalının əməkdaşlarına qayıdaq. Ölüm hər zaman qorxuludur. Və təkrar edim ki, mən terrorçuları bu terror aktına görə qınayıram. Amma emosiyaları bir kənara qoysaq, bu oğlanlar anlamırdılar ki, onları məhz elə ofisdə bir gün güllələyə bilərlər? Onlar bu barədə xəbərdarlıq almamışdılar?
Ümumiyyətlə, Məhəmməd peyğəmbəri gülünc vəziyyətdə təsvir edəndə öldürülmə fikri onların ağlına gəlmirdi? Jurnalistlərə imanlı insanlar üçün əziz olanları ələ salmağa icazə verildikdə ölkədə demokratiya ola bilməz.
Dövlətdə kiminsə digəri üçün imanına tüpürməyə icazə verdikdə tolerantlıq ola bilməz. Söz azadlığı – bu, hər şeydən öncə özünə hörmətdir.
Özünə hörmət edən insan isə heç zaman müqəddəslərin karikaturasını çəkməz.
Fikrim sizin fikirləriniz ilə üst-üstə düşmədisə üzrlü hesab edin...
Dünyamalı Nurşərəf