Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ÜST-dən “Deksametazon”la bağlı AÇIQLAMA - FOTO
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Deksametazon” preparatının COVID-19-lu xəstələrin müalicəsində istifadəsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, bununla bağlı rəsmi açıqlama ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəsmi səhifəsində yer alıb.
Qeyd olunub ki, “Deksametazon” preparatını COVID-19-lu ağır xəstələr üçün istifadə etmək lazımdır.
“Birləşmiş Krallıqda aparılan son tədqiqat nəticəsində “Deksametazon” preparatının oksigen dəstəyinə ehtiyac duyan COVID-19-lu xəstələrdə ölüm riskini azaltdığı məlum olub. “Deksametazon” COVID-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir. Bu məqsədlə istifadə üçün hər hansısa bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi şəkildə əks təsir göstərir”, - deyə məlumatda bildirilib.
"Birləşmiş Krallıq" teqi üzrə xəbərlər
- Britaniyanın Baş naziri: "İqlim böhranının ön cəbhəsində olan ölkələri dəstəkləməyə hazırıq"
- "Böyük dövlətlərin böyük tullantıları" - Fövqəl dövlətlər niyə narahatdırlar?
- Xaricdə təhsil almaq əhəmiyyətlidirmi?
- İnsan lider olaraq doğulur, yoxsa sonradan bu keyfiyyətləri qazanır? - Samir Novruzovla MÜSAHİBƏ
- COP29 Təşkilat Komitəsinin üzvü: "Beynəlxalq ictimaiyyət iddialı hədəflər gözləyir"