Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) və Fövqəladə Hallar Nazirliyi (FHN) Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar birgə təmizləmə əməliyyatları keçirilib.
ANAMA-dan Oxu.Az-a verilən məlumata görə, fevralın 10-da partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 9 ədəd partlamamış hərbi sursat (PHS), 92 ədəd partlamış-yanmış mərmi qalıqları və 59 kq yandırma məhsulu aşkar edilərək götürülüb.
Nəticə etibarilə 500 000 kv.m (50 ha) ərazi yoxlanılıb.
132 gün ərzində 25 846 ədəd partlamamış hərbi sursat (PHS), 20 298 ədəd partlamış-yanmış sursat qalıqları və 105 297 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 101 220 706 kv.m (10 122 ha) ərazi yoxlanılıb.
A.M.
www.oxu.az