22 
May
2019
18:46
386
14
6109
Virtual karabakh

Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbərlərinə hökm oxundu

22 May, 2019
18:46
6109

Bakıda eyni mənzili bir neçə nəfərə satan şirkət rəhbərlərinə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənzili bir neçə nəfərə satan “İdeal-V” tikinti şirkətinin direktoru Çingiz Məmmədov, şirkətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxsin əvvəlki cəzaları birləşdirilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarədə istintaq zamanı “İdeal-V” tikinti şirkətinin direktoru Ç.Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri İ.Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edib.

Onlar rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyət tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3 milyon 206 min 310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədov 10 il, İ.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri