27 
Fev
2024
09:26
30
127
9367
Virtual karabakh

Qadınları evində müqavilə imzalatdıraraq fahişəliyə cəlb edən şirkət rəhbəri ilə bağlı QƏRAR

27 Fev, 2024
09:26
9367

Qadınları evində müqavilə imzalatdıraraq fahişəliyə cəlb edən şirkət rəhbəri ilə bağlı QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində “Naz Studio” MMC-nin direktoru Nazlı Süleymanovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Nazlı Süleymanova Bakıda səyyar masaj xidməti göstərmək adı ilə qurduğu şirkətinin intim xidmətlər göstərməsi səbəbindən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. 

Aparılan araşdırma zamanı məlum olub ki, Nazlı Süleymanova 29 sentyabr 2021-ci il tarixdə “Naz Studio” MMC-ni təsis edib və şirkətinin fəaliyyət istiqaməti səyyar masaj xidməti göstərməkdən ibarət olub. Bununla bağlı müxtəlif elan saytlarında vakansiya elanları yerləşdirib və masaj xidməti göstərmək istəyən xanımlarla “WhatsApp” vasitəsilə əlaqə saxlayıb. Daha sonra onlardan şəkillərini göndərmələrini xahiş edib. Bəyəndiyi qadınları evinə çağıraraq, quraşdırdığı videomüşahidə kamerasının altında şirkətin adından tərtib etdiyi müqaviləni imzalatdırıb.

Bundan sonra ona masajla bağlı müraciət edən müştərilərə xidmət göstərəcək qadınların şəkillərindən ibarət olan kataloqu “WhatsApp” vasitəsilə göndərib. Müştəri bəyəndiyi halda qadınları onların olduğu ünvana yollayıb.

İntim xidmət göstərmək istəməyən qadınları təhqir edib və hədələyib. Etiraz edənlər arasında Aybəniz, Şəfa, Nuranə, Hülya, Zümrüd adlı qadınlar da olub. Onlar məhkəmə ifadələrində Nazlı Süleymanovadan şikayətçi olduqlarını deyiblər. Qadınların “xidmət haqqı” işə görə 100 manatdan 300-400 manat arasında dəyişib.

Məhkəmənin qərarı ilə Nazlı Süleymanova Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 500 manat cərimə cəzası təyin edilib. Həmin məcəllənin 69.4-cü maddəsinə əsasən Nazlı Süleymanova həbsdə və ev dustaqlığında saxlanıldığı 3 ay 1 gün nəzərə alınmaqla üzərində qəti olaraq 2 600 manat cərimə cəzası saxlanılıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri