Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fidan Hacıyevaya vəzifə verildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinə yeni təyinat olub.
İdarədən Oxu.Az-a verilən məlumata görə, məktəbin direktor vəzifəsinə opera müğənnisi, Xalq artisti Fidan Hacı Ağa qızı Hacıyeva təyin edilib.
Qeyd edək ki, Fidan Hacıyeva professor Hüseyn Əliyevin tələbəsi olub. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən Beynəlxalq müsabiqəsində qalib olub. 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb və 2006, 2007, 2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri mükafatı ilə təltif edilib.
2010-cu ildə İtaliyada, Roma Musiqi Akademiyasının “Peşəkar vokal ifaçılarının müsabiqəsi”nin qalibi olub. 2015-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Xalq artisti” adına layiq görülüb. 2016-cı ildə öz adını daşıyan Musiqi Mərkəzini yaradıb.
Fidan Hacıyeva Milli səhnəmizdə klassik dünya operalarında lirik-qəhrəman partiyalarını oxuyan ilk “Karmen” ifaçısı Fatma Muxtarovadan sonra ikinci Azərbaycan opera səhnəsinin “Karmen”i adlandırılır.
Rəylər