ABŞ Silahlı Qüvvələri İran limanına doğru hərəkət edən "Lian Star" yük gəmisinə "Hellfire" raketi ilə zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"ABŞ-yə məxsus uçuş aparatı "Lian Star"ın heyəti hərbçilərin tələblərinə tabe olmaqdan imtina etdikdən sonra gəminin mühərrik bölməsinə "Hellfire" raketi buraxaraq onu sıradan çıxarıb", - komandanlığın açıqlamasında deyilir.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq olunan blokadanı yarmağa çalışan kommersiya gəmisinə zərbə endirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, zərbə ABŞ təyyarəsi tərəfindən endirilib və nəticədə gəmi sıradan çıxarılaraq hərəkətsiz vəziyyətə düşüb.
"Qambiya bayrağı altında üzən "Lian Star" yük gəmisi ABŞ qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayaraq İran limanına daxil olmağa cəhd edib. Gəmi Oman körfəzində ABŞ aviasiyası tərəfindən sıradan çıxarılıb", - mənbə bildirib.
Onun sözlərinə görə, ABŞ qüvvələri hələlik gəminin göyərtəsinə çıxmayıb.
Bu, blokada başlayandan bəri ABŞ hərbçilərinin güc tətbiq edərək dayandırdığı altıncı gəmi hesab olunur.
CENTCOM-un məlumatına görə, dəniz blokadası müddətində ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 115 ticarət gəmisini geri qaytarıb.