ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələr Şimali Koreya sahillərinin şərqində uçuşlar həyata keçiriblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında bildirilir.
Məlumata görə, uçuşlar ABŞ-ın hərbi potensialının nümayiş etdirilməsi məqsədilə keçirilib.
Uçuşlar beynəlxalq hava məkanında həyata keçirilib.
E.Ə.
www.oxu.az