Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ-ni "kimyəvi duman" bürüyüb
ABŞ-nin bir neçə ştatının sakinləri mənşəyi məlum olmayan kimyəvi qoxulu dumandan şikayətlənirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti hadisə şahidlərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, duman əsasən cənub ştatlarına - Ayova, Viskonsin, Virciniya, Qərbi Virciniya, Kanzas, Merilend, Minnesota, Nebraska, Oklahoma, Şimali Dakota və Florida ştatlarına təsir edib.
Qəzet müəyyən edib ki, bir neçə ştatı bürüyən duman ilin bu vaxtı üçün adi haldır və kimyəvi qoxunun səbəbi, çox güman ki, əvvəllər müşahidə olunan hava çirkliliyidir.
Bunu ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) məqaləsində yer alan məlumatlar sübut edir.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Bayden Ukraynanı 2026-cı ilə qədər silahla təmin edib
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyadda ikinci görüşü keçiriləcək
- Aİ Ukraynanın təbii sərvətlərindən istifadə niyyətində: Danışıqlara başlayacaqlar
- ABŞ silahlarını alanlardan insan hüquqlarına riayət etmək tələbi LƏĞV OLUNDU