Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ-nin Yəmənə endirdiyi zərbələr nəticəsində SEPAH-ın hərbi məsləhətçiləri ölüb
ABŞ-nin Yəmənin Hodeyda əyalətinə endirdiyi zərbələr nəticəsində həlak olanlar arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi məsləhətçiləri də olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News Arabia" kanalı məlumat verib.
Məlumata görə, Hodeydaya hücum zamanı qiyamçı "Ənsar Allah" hərəkatında iştirak edən Yəmən husilərinə hərbi dəstək verdiyi iddia edilən "Əl-Qüds" xüsusi təyinatlılarının əsgərləri öldürülüb.
Baş verənlərin təfərrüatları və ölənlərin dəqiq sayı barədə məlumat verilmir.
"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar