Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ rusiyalı alimi qurbağaya görə həbs etdi
Rusiyalı alim Kseniya Petrova ABŞ-də qurbağa embrionlarının qaçaqmalçılığına görə həbs edilib və onu 20 ilə qədər həbs cəzası gözləyir.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, Petrova Boston hava limanına çatan kimi ABŞ Gömrük və Sərhəd Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılıb. Əlavə yoxlama zamanı onun baqajında pəncəli qurbağa embrionlarının olduğu qutu aşkar edilib.
İttiham sənədlərinə əsasən, dindirilmə zamanı Petrova deyib ki, ölkəyə daxil olarkən bioloji materialın bəyan edilməsinin vacib olduğunu bilməyib.
Məhkəmə iclasında Ədliyyə Nazirliyinin nümayəndələri alimin Rusiyaya deportasiya edilməsində israr ediblər. Petrovanın işi üzrə növbəti məhkəmə iclası mayın 28-nə təyin edilib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-nin "Qiyamət günü təyyarəsi" Endryus aviabazasına enib
- 15 ildən sonra İLK - Tramp Laçını ziyarət edən pakistanlını şama dəvət etdi
- İran XİN: "ABŞ-nin müdaxiləsi tammiqyaslı müharibəyə gətirib çıxaracaq"
- KİV: "ABŞ yaxın 24-48 saat ərzində İrana qarşı hərbi əməliyyata qoşula bilər"
- ABŞ-nin sualtı qayığı onilliklər ərzində Rusiyada kəşfiyyat məlumatları toplayıb