Amsterdam polisi şəhərin mərkəzində baş verən atışmanı kriminal münaqişə kimi qiymətləndirir.
Oxu.Az-ın məlumatına görə, bu barədə yerli AT5 telekanalı xəbər verib.
Məlumata əsasən, hadisənin terrorla əlaqəsi olduğu güman edilmir.
Yanvarın 26-sı, axşam saatlarında Amsterdamda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri barədə məlumat verilmir.
RTL telekompaniyasının məlumatına görə, insidentlə əlaqədar hələ ki, saxlanılan yoxdur.
26.01.2018 (23:51)
Amsterdamda silahlı insident qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Niderland polisinin “Twitter” səhifəsində bildirilir.
İlkin məlumata əsasən, atışma nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.
A.M.
www.oxu.az