Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Avstriya Ədliyyə Nazirliyi: “Putin ölkəyə gələrsə, həbs edib Haaqa məhkəməsinə verəcəyik”
“Rusiya Prezidenti Vladimir Putin Avstriyaya gəlməyə qərar verərsə, ölkə onu həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməyə hazırdır”.
Bu barədə Avstriya Federal Ədliyyə Nazirliyinin nümayəndələri bildiriblər.
“Avstriya Roma Statutunun iştirakçısıdır. Bu o deməkdir ki, bütün digər müqavilə tərəfləri kimi, o da Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməyə borcludur: məhkəmənin verdiyi həbs orderləri icra edilməli, axtarışda olan şəxslər isə həbs edilməlidir”, - deyə nazirlik nümayəndələri Putin ölkəyə gələcəyi halda həbs edilib-edilməyəcəyi ilə bağlı suala cavablarında qeyd ediblər.
Həmçinin Avstriya Ədliyyə Nazirliyindən xatırladılıb ki, 2019-cu ildə Beynəlxalq Cinayət Məhkəməsi artıq bir iş üzrə (2009-cu ildə həbsinə order verilmiş Sudan prezidenti Ömər əl-Bəşirə qarşı iş) müəyyən edib ki, hətta dövlət başçıları belə məhkəmə qarşısında toxunulmaz deyillər.
“Heç kim qanundan üstün deyil, bu o deməkdir ki, hər bir cinayət tam araşdırılmalır və cəzasız qalmamalıdır”, - deyə nazirlik nümayəndələri vurğulayıblar.
Mənbə: Focus.ua
"Avstriya" teqi üzrə xəbərlər
- Avstriya vətənlərinə qayıtmaq istəyən suriyalılara 1000 avro ödəyəcək
- Avstriya məktəbində mumiyalanmış uşaq meyiti aşkarlandı
- Avstriyada Motsartın adına şokolad istehsal edən zavod bağlanıb
- Avstriyada şəhər meri güllələndi
- "Coca-Cola" onmilyonlarla şüşəni geri çağırır - Tərkibində təhlükəli hissəciklər var
Rəylər