Türkiyənin Balıkesir bölgəsində 4.2 ballıq zəlzələ olub.
Oxu.Az AFAD-a istinadən xəbər verir ki, yeraltı təkanlar Sındırgı rayonunda qeydə alınıb.
Təbiət hadisəsi bu gün Bakı vaxtı ilə saat 5:52-də baş verib.
Zəlzələnin dərinliyi 14.71 km olub.
İlkin məlumata görə, ətraf əyalətlərdə də hiss olunan zəlzələdə heç bir mənfi təsir yaşanmayıb.
Xatırladaq ki, oktyabrın 27-də bölgədə 6.1 ballıq güclü zəlzələ olub. Bundan sonra Balıkesirdə bir neçə dəfə yeraltı təkanlar qeydə alınıb.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) November 7, 2025
Büyüklük:4.2 (Mw)
Yer:Sındırgı (Balıkesir)
Tarih:2025-11-07
Saat:04:52:37 TSİ
Enlem:39.14694 N
Boylam:28.21694 E
Derinlik:14.71 km
Detay:https://t.co/14iAx12EM3@afadbaskanlik @trthaber @anadoluajansi