Bu günlərdə Britaniya Yayım Korporasiyası (BBC) zorla ataları yaşda olan kişilərə ərə verilən qızların həyatının nə qədər dözülməz olması barədə məqalə dərc etdi.
Oxu.Az Ann.Az-a istinadən həmin məqaləni diqqətinizə təqdim edir:
BMT-nin dərc etdiyi erkən nikahların yeni statistikası ciddi narahatlıq doğurur. Məsələ burasındadır ki, son zamanlar İordaniyada yaşayan, erkən yaşda nikaha daxil olmağa məcbur edilən suriyalı qaçqın-qızların sayı kəskin şəkildə artıb.
Zaatari qaçqın düşərgəsindən Orla Qerin xəbər verir ki, yoxsulluq bəzi ailələri öz qızlarını yaşlı kişilərə satmağa vadar edir, çünki bunun müqabilində yaxşı pul əldə edirlər. Bunun da nəticəsində hazırda gənc qızların ticarəti çiçəklənir və daha da geniş vüsət alır.
Qaçqınlar düşərgəsində biz döşəmədə əyləşmiş 13 yaşlı qıza diqqət yetiririk. O, özündən yaşda çox da kiçik olmayan uşaqlarla mühasirəyə alınıb, onlar uşaq mahnıları zümzümə edə-edə əl çalırdılar.
Bu uşaq əyləncələri əslində toy mərasimi imiş. Onun anası uzaqdan baxırdı, ya Vətən həsrətinə görə ağlayırdı, ya da öz qızına görə. O, bizdən onların adlarını yazmamağı xahiş etdi.
www.bbc.com/news/world-middle-east-2825047