Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Boneyrli nümayəndə: "Niderlandın yürütdüyü siyasət dini və mədəni dəyərlərimizi təhdid edir"
"Niderlandın yürütdüyü siyasət Boneyrin dini və mədəni dəyərlərini təhdid edir, fundamental insan hüquqlarını pozur və müstəmləkə təzyiqini gücləndirir".
Oxu.Az xəbər verir ki, bu barədə "Pueblo Progresivo Uni"nin (Boneyr) katibi Robert Striks Bakıda keçirilən "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransda danışıb.
"Boneyr əhalisinin təxminən 80 faizi xristiandır və yerli mədəniyyət bu dəyərlər üzərində qurulub. Lakin Niderland hökumətinin qəbul etdiyi qanunlar adanın ənənəvi dəyərləri ilə ziddiyyət təşkil edir", - o bildirib.
R.Striks vurğulayıb ki, müstəmləkə təzyiqinə baxmayaraq, Bonayr sakinləri mədəniyyətlərinin, dini inanclarının və öz müqəddəratını təyin etmək hüquqlarını müdafiə edəcəklər:
"Biz istədiyimiz kimi yaşamaq hüququmuz uğrunda mübarizə apararaq buna bütün mümkün vasitələrlə nail olmağa çalışacağıq".
"Neokolonializmlə mübarizə" teqi üzrə xəbərlər
- BTQ-nin rəmzi hədiyyəsi Fransa həbsxanasında saxlanılan kanakların liderinə təqdim edilib
- Bakı Təşəbbüs Qrupu Fransa XİN başçısına cavab verdi
- Fransız Polineziyası Parisə "yox" deyir - Ada müstəqil olmaqda israrlıdır
- Fransa tarixinin ən uğursuz prezidenti – Saxta demokrat, gerçək diktator
- BTQ Fransa hökuməti ilə Kanaki arasında danışıqlarda vasitəçilik təşəbbüsünü irəli sürüb