Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Diqqətlər BMT-də: Yeni dünyanın konvensiyası hazırlanır
Hazırda BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında "Kibercinayətlərə və informasiya-kommunikasiya texnologiyalarından (İKT) cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə ilə bağlı Beynəlxalq Konvensiya"nın hazırlanması üzrə yekun iclas keçirilir.
Oxu.Az xəbər verir ki, ümumi cinayətkarlıqda kibercinayətlərin payının artması və digər cinayətlərin də bu və ya digər formada informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilməsi fonunda dünya birliyinin yaranmış zərurətdən hazırladığı yeni Konvensiya ictimai münasibətləri geniş sferada əhatə edəcəkdir.
BMT-yə bütün üzv dövlətlərin cəlb olunduğu, Azərbaycan Respublikasının da fəal iştirak etdiyi və üç ildir davam edən bu prosesin son sessiyasında (29 iyul - 9 avqust) bir sıra dövlətlərin nümayəndə heyətlərinin ciddi fikir ayrılıqları səbəbindən yekun layihənin qəbulunda çətinliklər yaranıb.
Belə ki, yekun iclasda ölkələrin nümayəndə heyətləri tərəfindən Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan minimum üzvlük sayı, texniki yardım üzrə əməkdaşlıq və digər mövzular barədə məsələlərə dair, hətta beynəlxalq müqavilənin yekun adı ilə bağlı kəskin ziddiyyətli mövqelər irəli sürülməkdədir.
Yekun Konvensiya layihəsi qəbul olunarsa və BMT-yə üzv dövlətlər tərəfindən ratifikasiya olunarsa, müasir dövrün və rəqəmsallaşan dünyanın ən aktual və praktik sənədi olacağı gözlənilir.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Abbas Abbasov: "Fransa hökuməti BTQ əleyhinə riyakar verilişlər sifariş edir"
- Prinsipial mövqe və qətiyyət: Azərbaycan Şimali Kiprə bir daha dəstək verdi
- Yaşıl Gələcək Naminə: Ramil Abbasovun İctimai Siyasət və Maliyyə Sahəsində Yolu
- "Haber Global": "Azərbaycan KKTC-yə xəyanətə qarşı çıxdı"
- Abbas Abbasov: "Azərbaycan dekolonizasiya hərəkatının ikinci dalğasına rəhbərlik edir"