Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni baş direktoru Efiopiyanın sabiq səhiyyə naziri Tedros Adanom Qebreisus oldu.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu qərar Cenevrədə Dünya Səhiyyə Assambleyasının 70-ci iclasında qəbul edilib.
Bu barədə plenar iclasda rəsmi olaraq elan olunub.
51 yaşlı Tedros Adanom Qebreisus Eritrei və Londonda oxuyub, “İctimai səhiyyə” ixtisası üzrə elmlər doktoru dərəcəsinə malikdir. O, 2005-2012-ci illərdə Efiopiyanın Səhiyyə Nazirliyinə rəhbərlik edirdi. O, üç namizəd içindən ÜST-in baş direktoru seçilib. Bu qəbildən olan seçkilər ÜST-in rəhbər orqanı olan Dünya Səhiyyə Assambleyasının illik sessiyasında ilk dəfə keçirilir.
N.О.
www.oxu.az