Fransada avqustun 1-dən etibarən ölkə sərhədində tətbiq edilən koronavirusa qarşı tədbirlər ləğv edilir.
Bunu nəqliyyat nazirii Kleman Bon deyib.
“Bazar ertəsindən etibarən sərhəddə tətbiq olunan sanitar tədbirlər həm ölkəyə daxil olanlar, həm də ölkədən çıxanlar üçün qaldırılır”, - o, “Twitter”də yazıb.
Eyni zamanda, Bon Fransa xalqını könüllü olaraq ictimai nəqliyyatda maska taxmağa davam etməyə çağırıb.
Mənbə: iz.ru