Fransada ölkə ərazisində tikilən məscidlərin xaricdən maliyyələşdirilməsinə qadağa qoyula bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Manuel Vals “Le Monde” qəzetində dərc edilmiş müsahibəsində bildirib.
“Fransada islam ilə müanisbətlərin yeni növünü düşünmək lazımdır. Mən Fransada məscidlərin inşatının xaricdən maliyyələşdirilməsinin müvəqqəti qadağan edilməsinin tərəfdarıyam”, - baş nazir bildirib.
“Fransanın terrorizm ilə apardığı mübarizə yolu uzundur, bu yol digər terror aktlarından da keçəcək”, - Vals deyib.
İyulun 26-da iki terrorçu Sent-Etyen-dyu-Ruvre şəhərində yerləşən kilsəyə hücum edib. Onlar kilsənin rahibini və daha üç nəfəri öldürüblər.