Fransanın cənubunda baş verən yanğının söndürülməsi zamanı iki yanğınsöndürənin həlak olduğu bildirilib.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV yazıb.
Fransanın daxili işlər naziri Loran Nünyes parlamentdə çıxışı zamanı Jironda departamentinin Merinyak kommunasında, hava limanı yaxınlığında baş verən yanğının söndürülməsi zamanı iki yanğınsöndürənin öldüyünü açıqlayıb.
Məlumata görə, yanğın yaxınlıqda yerləşən Bordo şəhərinin böyük hava limanının fəaliyyətinə mane olub.
Fransada isti və quraq hava şəraitinin təsiri ilə müxtəlif miqyaslı meşə yanğınları davam edir.
Qonşu İspaniya da yanğınlardan zərər çəkir. Məlumata görə, ölkədə yanğınlardan zərər görən ərazilərin sahəsi 2025-ci ilin eyni dövrü ilə müqayisədə artıq dörd dəfə çoxdur.