Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hindistanda bayram ayinində faciə: 40-a yaxın uşaq boğuldu
Hindistanın Bihar ştatında "Jivitputrika" festivalı zamanı azı 43 nəfər, o cümlədən 37 uşaq boğulub, daha üç nəfər itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Biharın Fövqəladə Hallarla Mübarizə Departamentinin nümayəndələri jurnalistlərə məlumat veriblər.
Bildirilir ki, insanlar festival zamanı ştatın müxtəlif yerlərində çaylarda və göllərdə müqəddəs yuyunma mərasimləri zamanı həlak olublar.
"Hazırda ümumilikdə 43 cəsəd tapılıb. Axtarış əməliyyatı davam edir", - deyə departamentdən bildirilib.
Faciəli hadisələr ştatın 15 rayonunda qeydə alınıb.
"Jivitputrika" - Biharda ən böyük festivallardan biridir. Bu zaman hindistanlı qadınlar övladlarının rifahı naminə oruc tutur və su hövzələrində müqəddəs yuyunma mərasimləri həyata keçirirlər. Bir qayda olaraq, qadınlar dini mərasimə öz uşaqlarını da aparırlar.
"Hindistan" teqi üzrə xəbərlər
- Hindistanda avtomobil körpüsü uçdu: Ölənlər var
- Hindistan sahillərində 12 min illik qədim sualtı şəhər aşkarlanıb
- Hindistanda arı dəstəsi təyyarəni havaya qalxmağa qoymadı
- 90 yaşlı Dalay Lama: "Daha 40 il yaşayacağam"
- Yas tutanlara hüquqi tələ: "Air India" qəzada həlak olanların ailələri ilə necə manipulyasiya edib?