Bazar günü gecə saatlarında Hindistanın qərb ştatı Racəstanın Caypur şəhərində ən böyük dövlət xəstəxanası olan "Savay Man Sinqh" (SMS) xəstəxanasının reanimasiya şöbəsində baş verən yanğın nəticəsində ən azı səkkiz xəstə həlak olub, üç nəfər isə ciddi xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Indian Express" nəşri məlumat yayıb.
Ehtimal olunur ki, yanğın klinikanın elektrik şəbəkəsində qısa qapanma və xəstəxana personalının səhlənkarlığı səbəbindən baş verib. Eyni zamanda, yanğın siqnalizasiyası işləməyib, yanğınsöndürmə və xəstələrin təcili təxliyə vasitələrinin olmaması insan itkisinə səbəb olub.
Yanğın yerində araşdırma aparılır.