Böyük Britaniyanın paytaxtı Londonda iki fəal iqlim dəyişikliyinə diqqət çəkmək üçün maraqlı aksiyaya imza atıb.
“Courtauld Gallery”də Van Qoqun sərgisinə gələn iqlim fəalları əllərini rəssamın 1889-cu ildə çəkdiyi “Çiçək açan şaftalı ağacları” (“Peach Trees In Blossom”) tablosunun çərçivəsinə yapışdırıblar.
“Just Stop Oil” iqlim fəalları qrupunun üzvü 21 yaşlı Luis Makkeçni daha əvvəl özünü İngiltərə Premyer Liqası komandalarından olan “Nyukasl” və “Everton” arasında mart ayında keçirilən qarşılaşmada qapı dirəyinə bağlayaraq gündəmə gəlmişdi.
“Gələcəyimizdən qorxduğumuz üçün bu şəkilə yapışmış vəziyyətdəyik. Ehtiyacımız olan dəyişikliyi əldə etmək üçün başqa bir yol olsaydı, onu edərdik. Başqa hər şeyi sınadıq”, - deyə L.Makkeçni bildirib.
Aksiya səbəbi ilə qalereya günün qalan hissəsi üçün ziyarətçilərə bağlanıb.
Mənbə: NTV
Rəylər