Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İran İsrailə raket hücumuna başladı: Tel-Əviv və Qüdsdə PARTLAYIŞLAR - 63 nəfər yaralandı
İran ordusunun İsrailin mərkəzinə endirdiyi zərbələr nəticəsində azı 63 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
Məlumata görə, zərərçəkənlərdən bir neçəsinin vəziyyəti orta ağırdır.
İranın əks hücumundan sonra İsraildə yaralıların sayı 41-ə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.
Tehran İsrailin hərbi sənaye obyektlərinə və raket istehsalı mərkəzinə də zərbələr endirib.
"Tasnim"in verdiyi məlumata görə, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib.
"Əməliyyat zamanı İran Aerokosmik Qüvvələrinin pilotsuz təyyarələri və raketlərindən istifadə edilib. Zərbələr raket və digər hərbi texnika istehsal edən hərbi sənaye mərkəzlərinə endirilib".
SEPAH həmçinin qeyd edir ki, İsrail hərbi bazalarına da zərbələr endirib.
Öz növbəsində, IRNA xəbər verir ki, İran İsrailə zərbə endirərkən ilk dəfə döyüş şəraitində sualtı qayıqlardan buraxılan ballistik raketlərdən istifadə edib.
İsrail səhiyyə orqanları İranın raket hücumundan sonra 35 nəfərin yaralandığını bildirir.
Oxu.Az İsrail mətbuatına istinadən xəbər verir ki, yəhudi dövlətinin Nazirlər Kabineti vəziyyəti müzakirə edir.
İranın İsrailə qarşı əks hücum əməliyyatı "Doğru vəd 3" adlandırılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatla İran İnqilabı Keçikçiləri Korpusu - (SEPAH) çıxış edib.
Hücum başlayandan indiyədək İrandan İsrailə 150-200 raket atılıb, 9 raket İsraildə yerə düşüb.
Bildirilir ki, İranın əks hücumu nəticəsində Təl-Əvivdə azı 22 nəfər qəlpə yaraları alıb.
İran İsrailə qarşı ikinci və üçüncü raket hücumu dalğasını həyata keçirib.
Oxu.Az "Reuters" və AFP agentliklərinin məlumatına istinadən xəbər verir ki, Tel-Əviv və Qüdsdə partlayışlar baş verib.
İran raketlərindən bəziləri İsrailin hava hücumundan müdafiə sistemindən yayınaraq hədəflərə dəyib.
İran mediası iddia edir ki, İsrail ordusunun bütün hərbi və siyasi rəhbərliyinin yerləşdiyi Kiryadakı əsas komandanlıq məntəqəsi hücuma məruz qalıb. İran televiziyası İsrail Müdafiə Nazirliyinin qərargahı yaxınlığında yanğın kadrlarını paylaşıb.
İsrail ordusu İrandan raket atışlarının qeydə alındığını bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, İsrail əhalisinə sığınacaqlara getmək göstərişi verilib.
Bildirilir ki, İrandan İsrailə yüzdən çox ballistik raket buraxılıb.
İsrail aviasiyasının qırıcıları hücumu dəf etmək üçün havaya qalxıblar.
Eyni zamanda, Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus "Eurofighter Typhoon FGR4" döyüş təyyarələri son illərdə ilk dəfə Suriya hava məkanına daxil olub və İran raketlərinin qarşısını almaq üçün çalışır.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İranın ali rəhbəri düşmənlərini daha güclü zərbə ilə hədələdi
- İsrail İrana ikinci hücuma hazırlaşır
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"