"Amerika Birləşmiş Ştatları ordusunun endirdiyi zərbələr atəşkəs müqavilələrini tamamilə qüvvədən salıb və Vaşinqtonun atdığı addımlar əsas beynəlxalq normalara ziddir".
Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" informasiya agentliyi İran Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
"Qanunsuz və cinayət xarakterli bu hücumlar, sadəcə BMT Nizamnaməsinin və fundamental beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması deyil, eyni zamanda atəşkəs rejimini faktiki baxımdan mənasız hala gətirib", - deyə nazirlikdən bildirilib.
Bəyanatda o da vurğulanır ki, bölgə dövlətləri ABŞ hərbçilərinə hücum məqsədilə öz torpaqlarını və hava məkanını verməmək kimi hüquqi və əxlaqi öhdəlik daşıyırlar. Tehran lazımi addımları atacağına və təcavüzkar həmlələrin mənbəyini zərərsizləşdirəcəyinə dair xəbərdarlıq edib.