İraqın Əl-Fəlluca şəhəri yaxınlığında 643 mülki şəxsin dəfn edildiyi kütləvi məzarlıq aşkarlanıb. TASS xəbər verir ki, kütləvi məzarlıq 2016-cı ildə salınıb. Həmin vaxt bu ərazilərə İŞİD terror təşkilatı nəzarət edib. Həmin kütləvi məzarlıqda əl-mühəmdə tayfasının qətlə yetirilmiş üzvlərinin basdırıldığı güman edilir. 2016-cı ildə həmin tayfanın üzvləri yoxa çıxıb və indiyə qədər onların taleyi məlum olmayıb. Qətliamda uşaqların da öldürüldüyü bildirilir.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin