Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsrail ordusu İranın paytaxtına yenidən zərbələr endirib
İsrail ordusu Tehrana yenidən zərbələr endirib.
Oxu.Az bildirir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Qeyd olunur ki, İran paytaxtının üstündəki səmalarda hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. İlkin olaraq İDF döyüşçüləri Tehranın şərqində yerləşən SEPAH hərbi bazasına hücum etməyə çalışırlar.
"Azad İran" Telegram kanalının məlumatına görə isə axşam saatlarında Tehran səmasında İsrailin ultra müasir "Hermes 900" pilotsuz təyyarəsi vurulub. Pilotsuz təyyarənin qalıqları şəhər ərazisinə düşüb.
İsrail iyunun 13-də münaqişə başlayandan bəri Tehrandakı hərbi hədəflərə ən böyük hücum seriyasını başa çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) sözçüsü Efi Defrin brifinqdə bildirib.
"SAXAL Tehranda indiyədək həyata keçirdiyi ən böyük hücum dalğasını başa vurub. İsrail əsas diqqətini İran rejiminin daxili təhlükəsizlik aparatının qərargahına və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) zərbələr endirməyə yönəldib", - o qeyd edib.
İsrailin döyüş təyyarələri İranın qərbindəki hədəflərə irimiqyaslı zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, hücum zamanı 15 qırıcı təyyarədən istifadə olunub:
"İran silahlı qüvvələrinə məxsus yeraltı hərbi obyektlər, raket anbarları və pilotsuz uçuş aparatları hücuma məruz qalıb".
Həmçinin İsrailə məxsus təyyarələr İranın mərkəzinə zərbə endirib və raket buraxılış qurğularını məhv edib.
İsrail aviasiyası Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektinə zərbə endirib.
Oxu.Az bu barədə "Mehr" agentliyinə istinadla xəbər verir.
Hücum nəticəsində iki iranlı hərbçinin öldüyü, daha səkkizinin isə yaralandığı bildirilir.
İsrail Hərbi Hava Qüvvələrinin 50-dən çox qırıcı təyyarəsi Tehrandakı hərbi obyektlərə zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
"Son hücum dalğası çərçivəsində İsrail Müdafiə Ordusunun Hərbi Hava Qüvvələrinin qırıcıları Kəşfiyyat İdarəsinin rəhbərliyi altında Tehranda yerləşən hərbi qərargahı, raket və radar istehsalı obyektlərini, həmçinin raket anbarı infrastrukturunu bombalayıb", - deyə məlumatda bildirilir.
"İsrailin ikinci "F-35" qırıcısı Təbriz şəhəri yaxınlığında İranın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub".
Oxu.Az xəbər verir ki, bunu "Aşura" korpusunun (SEPAH-ın Şərqi Azərbaycan vilayətindəki bölməsi) ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi polkovnik Möhsün Bəxt-Şokui deyib.
"Vurulan təyyarənin pilotu da əsir götürülüb", - İranlı polkovnik əlavə edib.
Onun sözlərinə görə, ilk "F-35" qırıcısı da iyunun 15-də həmin ərazidə məhv edilib. Hələlik İsrail və xarici KİV-lər məlumatı təsdiqləməyiblər.
İsrail hərbçiləri İranın Fordo nüvə obyektinin ətrafına zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, zərbələrin məqsədi bu obyektə çıxış yollarını bağlamaq olub.
Bundan əlavə, İranın yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, İran İslam Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələri İsrailə məxsus pilotsuz uçuş aparatını Təbriz şəhərinin səmasında vuraraq məhv edib.
İsrail Müdafiə Nazirliyi Tehranda hökumət binalarına hücumlar təşkil edildiyini açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Hədəflər arasında Tehranda Fələstin Meydanında qoyulan "İsrailin Məhv Saatı" elektron lövhəsi də olub.
Qeyd olunur ki, elektron lövhə 2017-ci ildə qoyulub və onun son tarixi kimi 2040-cı il təyin edilib. İran tərəfi məhz 2040-cı ildə İsrailin bir dövlət kimi mövcud olmayacağını iddia edir.
İsrail Hərbi Hava Qüvvələri Tehrandakı dövlət obyektlərinə misli görünməmiş dərəcədə ağır zərbələr endirir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
İsrail Müdafiə Ordusunun (SAXAL) məlumatına görə, hədəflər arasında rejim müxaliflərinin saxlandığı Evin həbsxanasının binası da var.
Bundan əlavə, Qum əyalətinin səlahiyyətlilərinin verdiyi məlumata görə, İsrail İranın Fordodakı nüvə obyektinə yenidən hücum edib.
İsrail Hərbi Hava Qüvvələri Tehrandakı hərbi obyektlərə silsilə raket zərbələri endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Öz növbəsində "NourNews" agentliyi xəbər verir ki, Tehranda partlayışlar baş verib, İran Qızıl Aypara Cəmiyyətinin binası yaxınlığında dağıntılar qeydə alınıb.
İsrail Tehranın yaxınlığında yerləşən Kərəc şəhərinə bir neçə raket zərbəsi endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Hələlik İran rəsmiləri hücumun nəticələri haqqında məlumat verməyiblər.

İran üzərində hava üstünlüyünü əldə etmək məqsədi ilə İsrail ordusu İranın qərbi, şərqi və mərkəzi hissəsindəki altı aerodroma hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat verib.
"Bu zərbələr nəticəsində uçuş-enmə zolaqları, yeraltı obyektlər və yanacaqdolduran təyyarə zədələnib. Pilotsuz təyyarələr İran rejiminə məxsus 15 döyüş təyyarəsi və helikopterini məhv edib", - SAXAL-ın məlumatında qeyd olunub.
Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən gün İsrailin Yəzd vilayətində iki hərbi mərkəzə hücumu nəticəsində ölənlərin sayının 10 nəfərə çatdığını bildirib.
İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri hazırda İranın Kirmanşah şəhərində hərbi infrastruktur obyektlərinə zərbələr endirir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF - SAXAL) məlumat verib.
Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail məqsədlərinə çatana qədər İrandakı əməliyyatlarını davam etdirəcək.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"
- ABŞ mediası: "Tehrandakı həbsxanadan İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi"
- Kats: "İran İsrailə qurudan girməyə hazırlaşırdı"
- İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi