İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında HƏMAS-ın hərbi qanadına aid dörd silahlı radikalı məhv etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti bəyanat yayıb.
Hərbi qurumun verdiyi məlumata görə, İsrail hərbçilərinə qarşı əməliyyatlar planlaşdıran tağım komandiri, snayper və HƏMAS-ın tank əleyhinə bölməsindən olan iki döyüşçü öldürülüb.
Bəyanatda həmçinin bildirilib ki, İsrail ordusunun endirdiyi dəqiq zərbələr nəticəsində HƏMAS-ın həm SAXAL hərbçilərinə, həm də dinc sakinlərə qarşı hücumlar üçün nəzərdə tutduğu raket buraxılış sistemləri də məhv edilib.