Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İsrailin yeni müdafiə nazirindən AÇIQLAMA: "HƏMAS və "Hizbullah" darmadağın olub"
"Hərbçilər Fələstinin radikal HƏMAS hərəkatını və Livanın "Hizbullah" hərəkatını darmadağın edə bilib".
Oxu.Az xəbər verir ki, bunu İsrailin yeni müdafiə naziri, əvvəllər Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş İsrael Kats ölkənin yeni xarici işlər naziri Gideon Saara işlərin təhvil verilməsi mərasimində deyib.
"HƏMAS-a qarşı əməliyyatda İsrailin Müdafiə Ordusunun nailiyyətləri çox baha başa gəlsə də, son dərəcə güclüdür. HƏMAS təşkilati baxımdan darmadağın olub, baxmayaraq ki, hələ də orada (Qəzza zolağında - red.) dağınıq terrorçu qrupları var. Bizim məqsədimiz onların (HƏMAS - red.) Qəzza zolağında yenidən hakimiyyəti ələ keçirməsinə mane olmaqdır", - o bildirib.
"İsrailin Livanla şimal sərhədinə gəlincə, bizim zərbələrimiz hərbi məktəblərdə öyrəniləcək. Biz "Hizbullah"ı məğlub etdik və təşkilatın baş katibi Həsən Nəsrullahın aradan qaldırılması bu məğlubiyyətin kuliminasiya nöqtəsi oldu. İndi bizim məqsədimiz təzyiqləri davam etdirmək və Livanda təhlükəsizlik vəziyyətinin dəyişməsini təmin edərək, bu qələbənin bəhrəsini ortaya çıxarmaqdır,", - nazir əlavə edib.
"İsrail-Fələstin münaqişəsi" teqi üzrə xəbərlər
- ABŞ silahlarını alanlardan insan hüquqlarına riayət etmək tələbi LƏĞV OLUNDU
- Qəzzada 15 aydan sonra orta məktəbdə tədris bərpa olunub
- HƏMAS Qəzza zolağında ölən dörd girovun meyitini Qızıl Xaça təhvil verib
- HƏMAS danışıqlar taktikasını dəyişir: Girov mübadiləsi ilə bağlı gözlənilməz yenilik
- HƏMAS altı girovu azad edəcəyi tarixi açıqladı