Meksikanın cənub sahil sularında 5.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Seysmoloji Xidməti yayıb.
Məlumata görə, yeraltı təkanlar avqustun 17-si yerli vaxtla saat 23:02-də (Bakı vaxtı ilə 18 avqust, saat 09:02-də - red.) baş verib.
Zəlzələnin episentri Çyapas ştatındakı Syudad-İdalqo şəhərindən 156 kilometr cənub-qərbdə yerləşib. Seysmik hadisəsinin ocağı 3.2 km dərinlikdə olub.
İtki və dağıntı barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.
Bildirilir ki, əsas yeraltı təkandan sonra episentr ətrafında yeni seysmik aktivlik müşahidə olunub.