ABŞ-ın hazırkı prezidenti Barak Obama dünən Atlantik okeanı və Arktikanın dövlət sularında neft-qaz yataqlarının istismarını qadağan edib.
Oxu.Az bu barədə Reuters-ə istinadən xəbər verir.
Ekoloqlar ehtimal edirlər ki, yeni seçilmiş prezident Donald Trampın administrasiyası qadağanı ləğv edə bilməz, sadəcə bu qərarı məhkəməyə verə bilər.
Məhdudiyyətlər Çukot dənizi sahilində Alyaska yaxınlığında, Bofort və Yeni İngiltərədən Çesapik körfəzinə qədər Atlantik okeanının sularına aiddir.
N.O.
www.oxu.az