Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Rusiyanın paytaxtına səfər etməyi planlaşdırır.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, N.Paşinyan Davosdan sonra Moskvaya gedəcək.
Bildirilir ki, o, yanvarın 25-də Avrasiya iqtisadi birliyinin ofisində çıxış edəcək.
Qeyd edək ki, 2019-cu ildə Avrasiya iqtisadi birliyinin rəhbərlik orqanlarında sədrlik Rusiyadan Ermənistana keçir.