Rusiya prezidenti Vladimir Putini “qatil” adlandıran “Fox News” kanalının aparıcısı Bill Oreyli öz ifadəsinə görə üzr istəməyə hazırlaşmadığını bildirib.
Oxu.Az news.rambler.ru-ya istinadən xəbər verir ki, Oreyli bazar ertəsi öz verilişində “Mən üzr istiqamətində işləyirəm, amma bu, müəyyən vaxt apara bilər. Bunu 2033-cü ildə yoxlaya bilərsiniz”.
ABŞ prezidenti Donald Tramp ilə müsahibəsində Oreyli Trampa Qərbin Moskvanın ünvanına səsləndirdiyi ittihamları xatırladaraq Rusiya liderini “qatil” adlandırıb.
A.M.
www.oxu.az