Türkiyə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasını qınayır, bunu məsuliyyətsiz və beynəlxalq normalara zidd bir addım kimi qiymətləndirir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu bəyan edib.
“Biz ABŞ administrasiyasının Qüdsü İsrailin paytaxtı kimi tanımasını ilə bağlı məsuliyyətsiz qərarını qınayırıq. Bu qərar beynəlxalq normalara və BMT qətnamələrinə ziddir”, - Çavuşoğlu “Twitter” səhifəsində yazıb.
S.B.
www.oxu.az