Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Rusiya prezidenti İrana səfər edəcək
Rusiya Prezidenti Vladimir Putin İrana səfər edəcək.
"Azad İran" "Telegram" kanalı ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani məlumat verib.
Hökumət sözçüsü bildirib ki, rəsmi Tehran Vladimir Putinin İrana səfərini gözləyir və bunun üçün hazırlıq görür.
Lakin Fatimə Mühacirani V.Putinin İrana səfərinin dəqiq tarixini açıqlamayıb.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar