Rusiya və Ukrayna İstanbul razılaşmaları çərçivəsində döyüşlərdə həlak olan hərbçilərin cəsədlərinin yeni mübadiləsini həyata keçiriblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda RF nümayəndə heyətinin rəhbəri Vladimir Medinski özünün "Telegram" kanalında məlumat verib.
Məlumata görə, Kiyevə Ukrayna Silahlı Qüvvələrinin həlak olan 1003 hərbçisinin cəsədi verilib, əvəzində isə Moskva Rusiya Silahlı Qüvvələrinin həlak olan 26 hərbçisinin nəşi qəbul olunub.
Medinski həmçinin paylaşıma mübadilə zamanı çəkilən bir neçə fotoşəkil də əlavə edib.
Öz növbəsində Ukrayna Koordinasiya Qərargahı təsdiqləyib ki, Rusiya tərəfinin Ukrayna hərbçilərinə məxsus olduğunu iddia etdiyi 1003 cəsəd onlara təhvil verilib.
