Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı barıt zavodunda baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
"Xilasedicilər daha iki ölən şəxsin cəsədini dağıntılar altından çıxarıblar. Zərərçəkənlərdən biri xəstəxanada həyatını itirib. Ölənlərin ümumi sayı 23 nəfərə çatıb", - deyə məlumatda bildirilib.
Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı barıt zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, yaralananlar 134 nəfərdir.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə regional operativ qərargahdan məlumat verilib.
"Avqustun 18-i səhər saat 07:00-a olan (Bakı vaxtı ilə 08:00 - red.) məlumata görə, Şilovski rayonunda baş vermiş fövqəladə hadisə nəticəsində 20 nəfər həlak olub. 134 yaralı var, onlardan 31-i Ryazan və Moskva xəstəxanalarındadır, 103 xəstə ambulator müalicə alır", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, avqustun 15-də Rusiyanın Ryazan vilayətinin Şilovski rayonunda yerləşən "Elastik" zavodunun barıt sexində partlayış baş verib. Bildirildiyinə görə, barıt sexinin binası tamamilə dağılıb. Faciə ilə əlaqədar avqustun 18-də birgünlük matəm elan edilib.