Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov Fransa polisi tərəfindən ölkənin cənubunda Nitsa şəhərində saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a RF-in Fransadakı səfirliyindən məlumat verilib.
“Noyabrın 20-də Nitsa hava limanında senator Süleyman Kərimov saxlanılaraq polis bölməsinə aparılıb”, - diplomatik nümayəndəlikdən bildiriblər.
Rəsmi olaraq Kərimova qarşı irəli sürülən ittihamlar barədə məlumat verilmir.
S.B.
www.oxu.az