Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Tramp İrana qarşı hərbi əməliyyatların yaxın zamanda yekunlaşacağına ümid etdiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters"də yayımlanan məqalədə qeyd olunub. Bildirilib ki, artıq yeddi aydır davam edən və Səudiyyə Ərəbistanı aviasiyasının Yəməni bombalaması, həmçinin husi silahlılarının Səudiyyə şəhərlərinə raket və dron zərbələri endirməsi ilə daha da kəskinləşən münaqişə yeni mərhələyə qədəm qoyub.
Hərbi əməliyyatların yeni ərazilərə sıçraması səbəbindən ABŞ Səudiyyə Ərəbistanına səfərlərlə bağlı xəbərdarlıq tədbirlərini sərtləşdirib və dövlət qulluqçularına Yəmən sərhədinin 30 kilometrliyinə qədər yaxınlaşmağı qadağan edib. Bununla belə, husilər və Səudiyyə Ərəbistanı qüvvələri arasında baş verən toqquşmalar barədə məlumatların yayılmasından bir neçə saat sonra, çərşənbə günü axşam saatlarında Tramp mətbuat nümayəndələrinə müharibənin sona yaxınlaşdığına inandığını söyləyib.
Trampın sözlərinə görə, İran tərəfi razılaşma əldə etmək niyyətindədir, neft qiymətləri isə öz yüksək səviyyəsini qoruyub saxlayır. Əvvəlki bəyanatlarını təkrarlayan ABŞ prezidenti İranı nəzərdə tutaraq onların razılaşma istədiklərini və prosesin sonunu gözləyəcəklərini qeyd edib. O, təfərrüatı açıqlamasa da, İrandan birbaşa məlumat aldığını da vurğulayıb.