“ABŞ-ın hazırkı prezidenti Donald Trampın nüvə düyməsinə çıxışının olması onun istənilən əsərindən daha qorxuludur”.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Triller və dəhşət üslubunda yazılmış romanları ilə məşhur olan Amerika yazıçısı Stiven Kinq “Twitter” hesabında yazıb.
“Trampın barmağının qırmızı düymədə olması mənim yazdığım istənilən dəhşətli hadisədən daha qorxuludur”, - məlumatda deyilir.
“Trampın dövlət başçısı postunda keçirdiyi ilk yüz gün ərzində yazdığı tvitlər onun dəqiq portretini yaratdı: bu, özü haqqında yüksək fikirdə olan bir insandır”, - yazıçı belə hesab edir.

Kinq artıq birinci dəfə deyil ki, respublikaçının ünvanına tənqidlər ilə çıxış edir. O, prezident seçkilərinə qədər Trampın seçilməsinə yol verməməyə çağıran petisiya ilə çıxış edən 450 amerikalı yazıçıdan biri idi.
N.О.
www.oxu.az