Bakıda sürücüləri aldadaraq onlardan pul almağa çalışan fırıldaqçı peyda olub.
Oxu.Az xəbər verir ki, sürücülərdən biri həmin şəxsin videosunu çəkərək Baku.Ws-ə göndərib.
Videodan məlum olur ki, təxminən 25-30 yaşlarında cavan oğlan Zığ yolunda avtomobilləri saxlayaraq ailəsi ilə yolda qaldığını və benzin almağa pulu olmadığını deyir. Bununla da sürücülərin ürəyinə yol taparaq onlardan müəyyən məbləğdə pul alır.
Bu videonu çəkən sürücü isə ona pul əvəzinə benzin almağı təklif edir. Bununla da gənc adamın fırıldağının üstü açılır. O, benzin təklifindən imtina edərək uzaqlaşır.
Həmin görüntüləri təqdim edirik:
İ.N.