Tailandda tikinti kranının sərnişin qatarına üzərinə düşməsi nəticəsində 28 nəfər həlak olub, 64 sakin xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralılardan yeddisinin vəziyyəti ağırdır.
Məlumata görə, hadisə Çin tərəfindən maliyyələşdirilən dəmir yolu tikintisi sahəsində baş verib.
Layihə üzrə mühəndis bildirib ki, dəmir yolu hissəsinin tikintisi üçün müqavilə bağlayan Tailandın "Italian-Thai Development" şirkəti məsuliyyət daşıyır.
Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, Pekin hadisəni araşdırır və bu layihənin və işçilərinin təhlükəsizliyinə böyük əhəmiyyət verir.
Agentlik qeyd edir ki, Tailandda təhlükəsizlik qaydalarının zəif olması səbəbindən sənaye və tikinti qəzaları tez-tez baş verir. Ölkənin təxminən 5000 km dəmir yolu var, lakin şəbəkənin pisləşməsi səbəbindən yerli sakinlər uzun müddətdir avtomobil yolu ilə səyahət etməyə üstünlük verirlər.