Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Taliban” Əfqanıstanda demokratiyanın olmayacağını bəyan etdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının nümayəndəsi Vahidullah Haşimi bir sıra maraqlı açıqlamalarla diqqət çəkib.
“Reuters”in məlumatına görə, təşkilat rəsmisi bəyan edib ki, Əfqanıstanda demokratiya olmayacaq. Ölkə şəriət qanunlarına əsasən idarə olunacaq.
Haşimi qadınların təhsil məsələsinə də toxunub. Onin sözlərinə görə, Əfqanıstanda qadınların təhsil hüququ barədə islam üləmaları şurası qərar verəcək.
“Taliban” nümayəndəsi, həmçinin Əfqanıstanla qonşu ölkələrə müraciət edərək, bu dövlətlərin əfqan hərbçilərin qaçdıqları təyyarə və helikopterləri geri qaytaracaqlarına ümid etdiyini bildirib.
"Əfqanıstan" teqi üzrə xəbərlər
- "Taliban" ilk dəfə BMT-nin iqlim konfransında iştirak edəcək
- "Taliban"ın XİN rəhbəri motosikletlə gecə gəzintisinə çıxıb
- Əfqanıstanda televiziyanın fəaliyyəti dayandırıldı: Səbəbi heyrət doğurdu
- Əfqanıstanda bazarda güclü partlayış: Ölənlər və yaralananlar var
- İrana daxil olmağa çalışan əfqanlar atəşə tutuldular: 260 ölü
Rəylər