ABŞ-ın Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Con Kelli bildirib ki, ölkə prezidenti Donald Tramp Tomas Homanı ölkənin miqrasiya və gömrük polisinin direktorunun səlahiyyətlərinin icraçısı təyin edib.
Oxu.Az NBC-yə istinadən xəbər verir.
Qeyd edilir ki, Homan 30 ildən artıq miqrasiya polisində çalışıb. 2013-cu ildən etibarən o, ERO idarəsinin direktorunun icraçı müavini vəzifəsində çalışaraq qanunsuz mühacirlərin aşkar edilməsi, həbsi və deportasiyası ilə məşğul olub.
Yanvarın 25-də Donald Tramp ABŞ sərhədlərinin mühafizəsi, eləcə də miqrasiya haqqında fərman imzalayıb.
N.O.
www.oxu.az